Gürcüstan gimnastı: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək rahatdır


Digərləri 16 Sen 2019 20:36:55 174 0

Gürcüstan gimnastı: Bakıda Milli Gimnastika Arenasında çıxış etmək rahatdır

Çıxış zamanı elementlərdən birini yerinə yetirərkən kiçik səhvə yol verdim

Bakı. Cani Babayeva - Çıxış zamanı elementlərdən birini yerinə yetirərkən kiçik səhvə yol verdim. Bunu Trend-ə Gürcüstan gimnastı Natela Bolatayeva deyib. O bildirib ki, daha yaxşı çıxış edə bilərdi: “Yəqin ki, həyəcan özünü göstərdi. Dünya çempionatında güclü gimnastlar çoxdur, biz bir-birimizdən geri qalmamağa çalışırıq”. Gimnast vurğulayıb ki, Bakıda çıxış etmək rahatdır, çünki Milli Gimnastika Arenası ona yaxşı tanışdır. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.