Rusiya S500lərin istehsal ediləcəyi tarixi açıqladı


Dünya 16 Sen 2019 20:24:00 213 0

Rusiya S500lərin istehsal ediləcəyi tarixi açıqladı

Rusiya S-500 sistemlərinin seriyalı istehsalına 2020-ci ilin ikinci yarısından başlayacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu "Rostex"in rəhbəri Sergey Çemezov RBK-ya müsahibəsində deyib. O, S-500-lərin yaxın 5 ildə heç bir ölkəyə ixrac edilməyəcəyini bildirib.

Çemezov S-500-lərin ilk növbədə Rusiya ordusu üçün nəzərdə tutulacağını deyib.