Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti: Çempionatı Bakıda açıq elan etməkdən şərəf duyuram


Digərləri 16 Sen 2019 20:20:00 225 0

Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti: Çempionatı Bakıda açıq elan etməkdən şərəf duyuram

Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe

Bakı. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq, Sizi burada - Bakıda Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatında salamlamaqdan məmnunluq duyuram. Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində deyib. Federasiya prezidentinin sözlərinə görə, bu gündən etibarən 7 gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar: "Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır. Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülər və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Əziz gimnastlar, ümid edirəm ki, siz bədii gimnastikanın gözəlliyi və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz. 37-ci Dünya Çempionatını Bakıda açıq elan etməkdən şərəf duyuram!".