Payızda bu xəstəliklərə qarşı diqqətli olun!


Digərləri 16 Sen 2019 20:19:00 219 0

Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi insanlar tez-tez xəstələnirlər. Hətta mütəmadi olaraq yorğun olanlara, uşaq kimi gecə ilə gündüz yuxusunu dəyişik salanlara da rast gəlirik. 

Son.az bildirir ki, həkim Adil Qeybullanın Modern.az-a dediyinə görə, mövsüm dəyişikliyi zamanı yaranan rütubət, temperatur, həm də atmosferdə olan təlatümlər insan orqanizminə öz təsirini göstərir.

"Orqanizmdə müdafiə və uyğunlaşma reaksiyaları olur. Əlbəttə, bu reaksiyalar bu cür situasiyalarda insanı xilas edir. Amma onlar həddən ziyadə təsirli olduqda bu reaksiyalar özündə pataloji xəstəlikləri daşıyır. Ona görə də insan bunu nəzərə almalıdır. Mövsüm dəyişikliyi zamanı xüsusi fikir veriləsi məqam geyimdir. Çünki payıza doğru getdikcə günün bir yarısı isti, bir yarısı qəfildən soyuqlaşa bilir. Ona uyğun geyim seçimi edilməlidir. Soyuğa qarşı həssas olan adamlar diqqətli olmalıdırlar".

Adil Qeybulla bildirib ki, soyuqdəymə və iltihabi xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar.

(adsgarden = window.adsgarden || []).push({});