Rusiyalı tamaşaçı: Bakıda yarışlar çox gözəl təşkil olunub


Digərləri 16 Sen 2019 19:51:28 165 0

Rusiyalı tamaşaçı: Bakıda yarışlar çox gözəl təşkil olunub

Yarışların təşkili xoş təəssüratlar oyadır

Bakı. Cani Babayeva - Yarışların təşkili xoş təəssüratlar oyadır. Bunu Trend-ə bədii gimnastika üzrə 37-ci dünya çempionatını izləyən rusiyalı tamaşaçı Dmitri Skaçkov deyib. O bildirib ki, Bakı Gimnastika Arenasında hər şey çox yaxşı təşkil olunub: "Burada hər şey çox gözəldir, hətta Rusiyadakından da yaxşıdır”. D.Skaçkov vurğulayıb ki, uşaqlıqda Bakıda olub və şəhərin az müddət ərzində belə dəyişməsi onda böyük təəssürat yaradıb. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.