"AccessBank"ın növbəti sosial aksiyası böyük marağa səbəb olub


Digərləri 16 Sen 2019 19:25:26 225 0

"AccessBank"ın növbəti sosial aksiyası böyük marağa səbəb olub

Hər il olduğu kimi, bu il də AccessBank tədris ilinin başlaması ilə əlaqədar məktəblilər üçün sosial aksiya keçirib.

Bakı. Hər il olduğu kimi, bu il də AccessBank tədris ilinin başlaması ilə əlaqədar məktəblilər üçün sosial aksiya keçirib. Bankdan Trend-ə verilən məlumata görə, "Стоп Угроза" ("STOP Təhlükə") uşaqlar üçün təhlükəsizlik məktəbinin Bakı filialının rəhbəri Nigar Əliyevanın iştirakı ilə AccessBank-ın müştərilərinin övladlarına internetdə təhlükəsizlik, oğurluq təhlükəsi zamanı, digər həyat üçün təhlükəli və fövqəladə hallarda düzgün davranış, özünümüdafiə mövzularında təlimlər təşkil edilib. İki gün davam edən və interaktiv şəkildə keçirilmiş təlimə bir neçə qrupa bölüşdürülərək 100-dən çox uşaq qatılıb. Təlimlər uşaqlara təhlükəli internet basqılarından, qorxu hissindən və psixoloji sıxıntılardan xilas olmaq, çətin və təhlükəli vəziyyətlərdə daha inamlı hərəkət etməkdə kömək olmaq məqsədilə keçirilib.