Bakıda qayın yeznəsinin başına küt alətlə ölümcül xəsarətlər yetirdi


Digərləri 16 Sen 2019 19:11:00 236 0

Bakıda qayın yeznəsinin başına küt alətlə ölümcül xəsarətlər yetirdi

Bakıda qayın yeznəsinə xəsarət yetirib.

Bakı. Samir Əli - Bakıda qayın yeznəsinə xəsarət yetirib. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayonun Çiçək qəsəbəsində yaşayan Cəfərov Fərhad Məhərrəm oğlu qayını Qənbərov Mütəllim Ehtiram oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və M.Qənbərov küt alətlə F.Cəfərovun baş nahiyəsindən zərbələr endirib. Nəticədə F.Cəfərov qapalı kəllə-beyin travması, alın əzilməsi, beyin qansızması və digər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.