Milli Gimnastika Arenasında dünya çempionatının yarışları davam edir (FOTO)


Digərləri 16 Sen 2019 19:17:25 216 0

Milli Gimnastika Arenasında dünya çempionatının yarışları davam edir (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışları davam edir.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışları davam edir. Trend-in məlumatına görə, bu gün fərdi proqramda təsnifat yarışları keçirilir, gimnastlar halqa və toplarla hərəkətlər nümayiş etdirirlər. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.