Şahin Mustafayev: "Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq"


Digərləri 16 Sen 2019 19:07:00 235 0

Şahin Mustafayev: "Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq"

Azərbaycan və Türkiyə preferensial ticarət barədə saziş imzalayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə biznes forumunun açılışında deyib.

O bildirib ki, imzalanma növbəti yüksək səviyyəli görüş zamanı baş tutacaq.

Nazir qeyd edib ki, Azərbaycan Naxçıvanla Türkiyənin preferensial ticarətinin həcminin artmasına ümid edir:

"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir".