İncəsənət Universitetində ŞOK


Digərləri 16 Sen 2019 19:09:00 302 0

İncəsənət Universitetində ŞOK

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən müəllimlər kütləvi şəkildə işdən azad edilir.

Son.az BakuPost-a istinadən xəbər verir ki, müəllimlər incidilərək, öz ərizələri ilə universitetdən getməyə məcbur edilib. İşdən çıxarılanların siyahısını təqdim edirik:

Xalq artistləri: Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar müəllimlər: Ənvər Quliyev, Əzizağa Quliyev, Əməkdar artistlər: Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva.

Müəllimlər: Könül Axundova, Yaqut Mehdiyeva, Əlican Əzizov, Vüqar Əbdulov, Fəridə Babayeva, Xalidə Həsənova, Gülfarə Kərimova, Vəfa Bayramova, Gülsabah Quliyeva, Əzizə Quliyeva, Maarifə Əsədullayeva, Pərvanə Ağayeva, Yeganə İsazadə, Tamilla Rəhimova, Vəfa Əliyeva, Çinarə Məlikova Zülfiyyə ismayılova, Fərqanə Quliyeva, Mətanət Dadaşova, Fəxriyyə Kərimova, Səfalı Həkimov, Gülşən Əzizova, Əsmət Qəşəmova, Sevinc Sadayeva, Sədaqət Cəfərova, Racim Məmmədov, Maral Manafova, Arzu İbrahimova, Natella İsgəndərova, Məleykə Alıoğlu.

Onu da qeyd edək ki, "Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Xalq artisti Valeh Kərimovla əlaqə saxlayıb.  "Bilməzdim ki, belə əziz bir insanam. Artıq iki mətbuat işçisi mövzu barədə mənimlə əlaqə saxlayıb. Əzizlərim, mən 5 ildir ki, universitetdən çıxmışam. Bu məlumatı niyə indi yazırlar, səbəbini bilmirəm".