Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı


Kriminal 16 Sen 2019 18:58:00 283 0

Yunus Oğuz bu dəfə Çingiz xandan yazdı

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun növbəti romanı artıq çapa hazırdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Yunus Oğuz özü məlumat verib. Kitabın yaxın günlərdə çapa verilməsi nəzərdə tutulub. Yazıçı bildirib ki, bu dəfəki romanı əfsanəvi sərkərdə Çingiz xana həsr olunub.

"Çingiz" xan adlanan romanda tatarların və moğolların möhtəşəm tarixindən, onların dünyaya yeni düzən gətirməsindən geniş bəhs edilir.

Qeyd edək ki, Yunus Oğuz bundan əvvəl də bir çox tarixi şəxsiyyətlərimizdən bəhs edən onlarla roman yazıb. Yazıçının əsərlərinin bir çox ölkələrdə təqdimatı keçirilib, ayrı-ayrı dillərə tərcümə olunub.