Nənəsini çəkiclə qətlə yetirən məhkum: "Onu öldürdüm, cibindən pul götürüb təslim olmağa getdim"


Kriminal 16 Sen 2019 18:39:00 325 0

Nənəsini çəkiclə qətlə yetirən məhkum: "Onu öldürdüm, cibindən pul götürüb təslim olmağa getdim"

Burada həyat tam fərqlidir. Saatın hərəkəti, günlərin ötməsi, saniyələrin tıqqıltısı bir başqadır. Azad həyatda günlərin, saatların, saniyələrin ötməsi ömürdən gedirsə, məhz həbsxanada saatların, saniyələrin keçməsi məhkumu azad həyata daha da yaxınlaşdırır. Azad həyata atılacağı günü səbirsizliklə gözləyənlərdən biri də budəfəki müsahibimizdir.

"Bu gün mən hansısa bir evdə ailəmin, uşaqlarımın yanında ola bilərdim. Xoşbəxt həyat yaşaya bilərdim. Amma buna imkan vermədilər. Psixoloji problemlərimin olduğunu bilə-bilə məni cinayət törətməyə təhrik etdilər. Dəli deyiləm, sadəcə, bir müddət tutmalarım olurdu, özümü cilovlaya bilmirdim.

O, davamlı olaraq məni təhqir edirdi. Elə sözlər deyirdi ki, əsəbiləşirdim, özümü idarə edə bilməyəcək dərəcəyə çatdırırdı. Sonra da deyirdi ki, sən dəlisən, əxlaqsızsan. Bir gün dispanserdən müalicədən qayıtdım. Məni təhqir etməyə başladı, artıq dözə bilmədim. Anam bəzən işdən evə gec gəlirdi, bəzən də gəlmirdi.

Onun tərbiyəsiz olduğunu deyirdi. Onda dözə bilmədim. Evdə ancaq ikimiz idik. O həddə çatdırdı ki, əsəbiləşib onu boğdum. Yerə yıxılanda da çəkiclə başından vurdum. Özümə gələndə gördüm ki, ölüb. Onda da gec idi".

Son.az xəbər verir ki, bunu oxu.az-ın müxbiri ilə söhbətində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 30 yaşlı Davudova Reyhan Ramazan qızı deyib.

R.Davudova 1988-ci ildə Şəki şəhərində doğulub. Ailədə dörd uşaq olublar. Valideynləri arasında münasibətlər normal olmadığından uşaqlıq illərinin yaxşı keçmədiyini deyir.

Atasının himayəsində qalan Reyhan diqqətsizlikdən, sevgisizlikdən özünə qapandığını bildirib. Şəki şəhər 19 nömrəli orta məktəbdə oxuyan Reyhan hərbçi olmaq istədiyini desə də, ailəsi ona icazə verməyib.

Sonralar nənəsi ilə yaşayan Reyhan əsəb gərginliyinin nə vaxtsa onu cinayətə sürükləyəcəyini bilirmiş:

"Ona deyirdim ki, mənə əxlaqsız demə"

"Öz doğma anam tez-tez əsəbiləşməyimdən qorxduğu üçün məni yanında istəmirdi. Bəlkə də, anam məndən qorxmasaydı, sahib çıxsaydı, bu hadisəni törətməzdim. Amma anamla birlikdə çox əziyyətlər çəkmişəm. Onun üçün ölümə də gedərəm. Məktəbdə oxuyanda belə deyildim. Uşaqlarla tez-tez dalaşırdım.

O vaxtlar hərbçi olmaq istəyirdim. Hərbi formam belə var idi, sadəcə, sənədlərim yox idi. Ətrafa vətənpərvərliyimi heç cür ifadə edə bilmirdim. Mənə dəli deyirdilər, amma özümü dəli hesab etmirəm. Hərdən əsəbiləşirəm, özümü idarə edə bilməyəcək hala gəlirəm. Buna görə ilk dəfə elə özüm könüllü şəkildə Şəki şəhər Psixiatriya Xəstəxanasına müraciət etdim.

Bir müddət müalicə aldım. Həkimlər dedi ki, vəziyyətim sabitdir, heç bir narahatlıq yoxdur. Evə gələndən sonra isə nənəmin mənə dediyi sözlər məni əvvəlki halıma qaytarırdı".

Həyatı barədə danışan Reyhanın başını bağlaması diqqətimizi çəkdi. Ondan ibadət edib-etmədiyini soruşduq. Məlum oldu ki, o, əvvəllər də tez-tez başını bağlayıb və ya hərbi forma geyinərək küçəyə çıxmaqla diqqət çəkirmiş. Bu isə onun, həqiqətən də, psixoloji vəziyyətində qəribəliklərin olduğuna işarə idi.

"Əvvəl boğdum, sonra çəkiclə vurub öldürdüm"

"Psixiatriyada yatıb çıxdığım üçün anam, demək olar ki, məni istəmirdi. Məndən utanırdı. Dayımgil, anamgil nənəmlə qalmağımı istəyirdilər. Guya mənim ona baxmağımı istəyirdilər. Qohumlar bilir ki, nənəmin heç kimə ehtiyacı olmayıb. Öz anamın anasını öldürmüşəm. Anama görə onun dediklərinə səbr edirdim. Amma artıq o həddə çatdırdı ki, daha dözə bilmədim.

2017-ci ilin noyabrın 11-də axşam evdə tək idik. Anam haqqında nalayiq sözlər deməyə başladı. Neçə dəfə dedim ki, əsəbiləşirəm, deməsin elə sözlər. Qəfildən özümü itirdim və boğazından yapışaraq boğdum.

Yerə yıxılanda da çəkiclə başından vurdum. Özümə gələndə gördüm ki, ölüb. Onda da gec idi. Polisə getmək üçün üstümdə pul yox idi. Nənəmin cibindən 20 manat götürüb, qapını bağlayıb, polisə getdim. Evdə olan 10500 manat pulu və qızılları da götürüb polisə təhvil verdim ki, düşünməsinlər, cinayəti pula görə etmişəm. Məndən izahat aldılar, sonra məhkəmə oldu və 15 il müddətinə azadlıqdan məhrum edildim".

"Anam bağışladığını desə də, görüşümə gəlmir"