"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?


Digərləri 16 Sen 2019 18:19:00 455 0

"Yemin"də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?

Türkiyənin "Kanal 7" ekranlarında yayımlananan "Yemin" serialında azərbaycanlı model-aktrisa Yağmur Şahbazovanın da yer alması Türkiyə mediasında ciddi əks-sədaya səbəb olub.

Yağmurun kim olması hamının marağına səbəb olub.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, 1987-ci ildə Bakıda anadan olan Yağmur, teatr aktrisası Esmiralda Şahbazovanın qızıdır. Anası Esmiralda qızı Yağmuru da özü kimi  aktrisa olaraq yetişdirib. Yağmur bir zamanlar Azərbaycanda reklamlarda çəkilib və ATV-də 3 il davam edən  "Vicdan haqqı" serialında əsas rollardan birinin ifaçısı olub.

Türk filmində çəkiləcəyində hər hansı çətinliklərlə üzləşmədiyini qeyd edən Yağmur indiyədək İstanbula ancaq gəzməyə gəldiyini  bildirib:

"Hazırda çəkilişlərdən vaxt əldə edə bilmədiyindən şəhəri gəzmək imkanları məhduddur".

(adsgarden = window.adsgarden || []).push({});