Prezident İlham Əliyev: "Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var"


Siyasət 16 Sen 2019 17:41:00 44 0

Prezident İlham Əliyev: "Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var"

"Təhsilin səviyyəsinin qaldırılması gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə nəticələr var".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirakı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar.

Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.

Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var.

Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri, müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm".

Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb like
  • 16 Sen 17:40  
Digərləri Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb

Lənkəran rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla h

arrow Ətraflı
AMEAnın iki institut və iki muzeyinə yenidən direktorlar seçilib like
  • 16 Sen 17:37  
Digərləri AMEAnın iki institut və iki muzeyinə yenidən direktorlar seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin (HEB)

arrow Ətraflı
Arvadını evdə sevgilisi ilə tutdu like
  • 16 Sen 17:31  
Dünya Arvadını evdə sevgilisi ilə tutdu

Türkiyənin Aydın rayonunun Efeler qəsəbəsində 38 yaşlı Gökhan Coşkun

arrow Ətraflı
Lənkəranda 2 nəfərlə əlbir olub dayısını qətlə yetirən şəxs tutuldu like
  • 16 Sen 17:29  
Kriminal Lənkəranda 2 nəfərlə əlbir olub dayısını qətlə yetirən şəxs tutuldu

Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üz

arrow Ətraflı
Kiprli gimnast: Bura cənnətdir like
  • 16 Sen 17:28  
Digərləri Kiprli gimnast: Bura cənnətdir

Bədii gimnastika yarışlarında biz öz proqramımızla hər kəsi fəth etmə

arrow Ətraflı
Bakı metrosu 1ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi like
  • 16 Sen 17:24  
Digərləri Bakı metrosu 1ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bilik günü münas

arrow Ətraflı
Prokuror Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxsə cəza istəyəcək like
  • 16 Sen 17:22  
Digərləri Prokuror Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxsə cəza istəyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam bıçaqlamaqda təqsirl

arrow Ətraflı
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (FOTO/VİDEO) like
  • 16 Sen 17:17  
Digərləri Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur (FOTO/VİDEO)

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı il

arrow Ətraflı
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi like
  • 16 Sen 17:15  
Digərləri “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Elm və təhsilin inkişafına xüsusi önəm verən "Nar" "Bilik

arrow Ətraflı
UEFA Qarabağ-a 4 milyon avroya yaxın pul ödədi like
  • 16 Sen 17:13  
İdman UEFA Qarabağ-a 4 milyon avroya yaxın pul ödədi

Qarabağ Futbol Klubunun 2019-2020-ci il mövsümü

arrow Ətraflı
AMEA-nın iki institut və iki muzeyinə yenidən direktorlar seçilib like
  • 16 Sen 17:12  
Digərləri AMEA-nın iki institut və iki muzeyinə yenidən direktorlar seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin (HEB)

arrow Ətraflı
Sentyabrın 17-ə manatın məzənnəsi like
  • 16 Sen 17:08  
Digərləri Sentyabrın 17-ə manatın məzənnəsi

Sentyabrın 17-ə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Ziynet Sali ərə getdi like
  • 16 Sen 17:04  
Digərləri Ziynet Sali ərə getdi

Türkiyəli müğənni Ziynet Sali ərə gedib.

arrow Ətraflı