Fədayə Laçının məhkəməsi 10cu dəfə təxirə düşüb


Kriminal 16 Sen 2019 17:49:00 248 0

Fədayə Laçının məhkəməsi 10cu dəfə təxirə düşüb

Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.  

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə məhkumlar qeyri-müəyyən səbəbdən gətirilməyib.

Buna görə də proses qeyri-müəyyən günə qədər  təxirə salınıb.

Xatırladaq ki, artıq 10-cu dəfədir bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən səbəblərdən təxirə salınır.

May ayından etibarən bu iş məhkəmə prosesi müxtəlif səbəblərdən baş tutmur.