UEFA Qarabağ-a 4 milyon avroya yaxın pul ödədi


İdman 16 Sen 2019 17:13:00 318 0

UEFA Qarabağ-a 4 milyon avroya yaxın pul ödədi

Qarabağ Futbol Klubunun 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait klubun hesabına köçürülüb.

Goal.az-ın məlumatına görə, 2,750,000 (iki milyon yeddi yüz əlli min) avro vəsait AFFA-nın vasitəsilə kluba təqdim olunub.

Vəsait turnirin qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.

Bundan əlavə, Qarabağ-ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən, müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1,142,880 (bir milyon yüz qırx iki min səkkiz yüz səksən) avro vəsait də Qarabağ-ın hesabına köçürülüb.