“Müəllimi ilk görəndə elə bildim, kiminsə bacısıdır”


Digərləri 16 Sen 2019 16:44:00 214 0

“Müəllimi ilk görəndə elə bildim, kiminsə bacısıdır”

"Böyük siniflərlə dil tapmaq daha rahat olur.  Onlar artıq inkişaf etmiş və özünü anlayan şagirdlərdir"

Cari il  müəllimlərin işə qəbulu imtahanında kimya ixtisası üzrə ən yüksək balı toplayan Aidə Sadıqova ilk dərs gününün həyacanını bizimlə belə bölüşür.

Son.az xəbər verir ki, qafqazinfo sentyabrın 16-da bir müəllimin həyacanına şahid olub:

Beləliklə, sayt əməkdaşları səhər tezdən dərs deyəcəyi Nəsimi rayonu 16 nömrəli texniki-humanitar liseyin qarşısında onunla görüşüblər.

Şagirdlərinə hər zaman dost kimi yanaşdığını bildirən A. Sadıqova 5 ildir ki, müəllim kimi fəaliyyət göstərir. 

1991-ci ildə Gürcüstanın Dumanisi şəhərində anadan olub.  2 yaşından etibarən Bakıya gəlib. 

2013- cü ildə Bakı Dövlət Universitetinin kimya müəllimi ixtisasını bitirib. Magistr təhsilini də elə həmin universitetdə ixtisası üzrə alıb. 

16 nömrəli məktəbdə ilk dərs günüdür. Bu onun üçün yeni şagirdlər və yeni mühit deməkdir. Ona görə də həyəcanlıdır. 

Çantasını çiyninə atıb liseyin 10 A sinfinə dərsə girən A. Sadıqova əvvəl şagirdləriylə səmimi salamlaşıb tanış olur. Bu il məktəblərdə ilk dərs saatı Azərbaycanın inkişafı ilə  bağlı olduğu üçün mövzu ətrafında onlarla sual-cavab edir.  

(adsgarden = window.adsgarden || []).push({});