Qobustanda “Toyota” aşdı,


Digərləri 16 Sen 2019 16:49:00 210 0

Qobustanda “Toyota” aşdı,

Qobustan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 22 radələrində Qobustan şəhərinin ərazisində Bakı şəhər sakini Arif Alıyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.