Kolumbiya gimnastı: Bakıdakı Gimnastika Arenasının zalı möhtəşəmdir


Digərləri 16 Sen 2019 16:49:27 182 0

Kolumbiya gimnastı: Bakıdakı Gimnastika Arenasının zalı möhtəşəmdir

Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir

Bakı. Cani Babayeva - Bakıdakı Milli Gimnastika Arenasının zalı möhtəşəmdir. Bunu Trend-ə Kolumbiya gimnastı Vanessa Qalindo təsnifat yarışlarındakı çıxışından sonra deyib. Gimnast bildirib ki, bu, onun iştirak etdiyi ilk dünya çempionatıdır: “Mən çox həyəcanlıyam. Yarışlarda üç alətlə çıxış edəcəm. Bakıya ilk dəfədir ki, gəlmişəm. Deyə bilərəm ki, çempionatın təşkili çox gözəldir. Azərbaycanda insanlar çox mehribandır. Yarışların keçirildiyi zal isə möhtəşəmdir”. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.