SN: Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur


Digərləri 16 Sen 2019 16:33:00 165 0

SN: Bərdədə təcili yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alan yoxdur

Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Səhiyyə Nazirliyi (SN) Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb. Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.