Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı


Digərləri 16 Sen 2019 16:21:33 211 0

Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Ötən gün Portuqaliyanın Lissabon şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku sona çatıb.

Bakı. Ötən gün Portuqaliyanın Lissabon şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku sona çatıb. Trend-in məlumatına görə, 12 ölkənin iştirakı ilə baş tutan kubokda Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil ediblər. Gimnastlarımız final çıxışları ilə 29.500 xal toplayaraq, gümüş medala sahibləniblər.