Sevda üçüncü dəfə ərə gedir?


Şou-biznes 16 Sen 2019 16:14:00 243 0

Sevda üçüncü dəfə ərə gedir?

Müğənni Sevda Sanəliyeva son günlər romantik paylaşımları ilə diqqət çəkib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin hər fotosuna yazdığı sevgi dolu sözləri onun yeni eşqə başlaması iddiasını ortaya atıb. Sevda izləyicilərinin bununla bağlı suallarını isə hər zaman ya cavabsız qoyub, ya da emojilərlə onlara reaksiya verib.

Bu günlərdə isə Sevdanın üçüncü dəfə ailə qurmağa hazırlaşdığı deyilib. Hətta bir müddət əvvəl Sanəliyeva barmağında üzüklə şəkil yayımlamışdı.

Müğənni saytımıza açıqlamasında bunla bağlı sualları cavablandırıb. O, məsələni nə inkar, nə də təsdiq edib:

"Bu barədə danışmaq düzgün olmaz. Çünki sizə haqsızlıq etmək, qarşınızda yalançı çıxmaq istəmirəm. Hər şeyi açıqlamaq üçün vaxt lazımdır. Zamanı gələndə, sizi sevindirəcəm".