Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var


Digərləri 16 Sen 2019 16:02:00 211 0

Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini - 1967-ci il təvəllüdlü Alıyev Arif Mustafa oğlu idarə etdiyi "RAV 4" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Sürücü hadisə yerində ölüb, sərnişini - Şamaxı rayon sakini İsayev Əbilxan Şahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.