Bədii gimnastika üzrə dünya çempionatı 1 dəqiqəlik sükutla başlayacaq


İdman 16 Sen 2019 15:28:00 298 0

Bədii gimnastika üzrə dünya çempionatı 1 dəqiqəlik sükutla başlayacaq

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi Bakıda anılacaq.

Goal.az xəbər verir ki, bu gün saat 20:00-da Milli Gimnastika Arenasında reallaşacaq bədii gimnastika üzrə dünya çempionatının Açılış mərasimi zamanı 86 yaşında ölən italiyalı funksionerin xatirəsinə 1 dəqiqəlik sükut elan olunacaq.

Qrandi 1997-ci ildən 2016-cı ilə qədər FIG-in rəhbəri olub.

Qeyd edək ki, bu gün start götürən mundiala sentyabrın 22-də yekun vurulacaq.