Stadnikin dünya çempionatında ilk rəqibi müəyyənləşdi


İdman 16 Sen 2019 15:49:00 298 0

Stadnikin dünya çempionatında ilk rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının dördüncü yarış günündə mübarizəyə qoşulacaq Azərbaycan qadın güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

Goal.az xəbər verir ki, Mariya Stadnik (50 kq) və Türkan Nəsirova (53 kq) təsnifat mərhələsindən çıxış etməyə başlayacaqlar. Stadnik nigeriyalı Missini Meri Genezislə, Nəsirova isə almaniyalı Nina Hemmerlə üz-üzə gələcək.

55 kq və 72 kq çəkilərdə isə Azərbaycan təmsil olunmayacaq.