Smilecard-dan əlavə fürsətlər


Digərləri 16 Sen 2019 15:33:00 202 0

Smilecard-dan əlavə fürsətlər

Dünyanın istənilən ölkəsində keçərli olan, Expressabank-ın əfsanəvi taksit kartı Smilecard müştərilər üçün təklif etdiyi yenilikləri ilə hər zaman fərqlənir.

Bakı. Dünyanın istənilən ölkəsində keçərli olan, Expressabank-ın əfsanəvi taksit kartı Smilecard müştərilər üçün təklif etdiyi yenilikləri ilə hər zaman fərqlənir. Son dövrdə ətrafına topladığı tərəfdaş şəbəkəsi ilə karta olan tələbatı artıran Smilecard bu mağazalarda alış-veriş imkanlarını rahatlaşdırıb. Belə ki, müştərilər tərəfdaş mağazalardan istədikləri məhsulu nağd qiymətə əldə edib daha sonra əlavə heç bir komissiya və faiz ödəmədən müvafiq aylara bölərək hissə-hissə banka geri ödəmə imkanını əldə edir. (Smilecard-ın artan tərəfdaş siyahısı ilə tanış olmaq üçün linkə keçid ala bilərsiniz https://www.expressbank.az/cards/smilecard). Tərəfdaş olmayan mağazalarda isə bu kart vasitəsi ilə alış-veriş zamanı 30% -dək cashback qazanmaq mümkündür. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" şüarı ilə təqdim olunan kart pulsuzdur. Adi şərtlərlə Smilecard-la tərəfdaş olmayan mağazalarda alış-veriş zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir. İllik faiz dərəcəsi isə 0%-dir. Həmçinin ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadəsi imkanı da var.