Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq


Digərləri 16 Sen 2019 15:15:00 221 0

Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Əflatun Amaşov QDİƏT PM-nin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün sentyabrın 17-də Türkiyənin Giresun şəhərinə səfər edəcək. Trend-in məlumatına görə, yığıncaqda “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ikili vergilərin aradan qaldırılması məqsədi ilə güzəştli ticari razılaşmaların bağlanması” mövzusunda müzakirələr aparılacaq. Tədbirdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə bağlı təqdimat keçiriləcək, təşkilatın cari fəaliyyəti barədə məlumat veriləcək, komitənin növbəti iclasının yeri, vaxtı və gündəliyi müəyyənləşdiriləcək. Səfər sentyabrın 20-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin