Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi (FOTO)


Digərləri 16 Sen 2019 15:06:00 209 0

Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi (FOTO)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Bilik günü" münasibətilə "İçərişəhər" stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir keçirib.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bilik günü münasibətilə "İçərişəhər" stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir keçirib. Qurumdan Trend-ə verilən məlumata görə, ilk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə balaca sərnişinləri qarşılayıb. Tədbirdə, həmçinin sehrbaz illüziyaçının şou-proqramı təqdim olunub. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib.