Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişini vurub öldürdü


Digərləri 16 Sen 2019 14:59:00 270 0

Bakıda taksi sürücüsü piyada keçidində yaşlı kişini vurub öldürdü

Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, taksi sürücüsü piyada keçidindən keçməyə çalışan yaşlı kişinin üstündən maşınla keçib.

Daha sonra isə avtomobilini geriyə verərkən ikinci dəfə onu təkərin altında qoyub. Hadisə nəticəsində piyada yerindəcə həyatını itirib.