“Beşinci element” bitib?


Şou-biznes 16 Sen 2019 14:19:00 271 0

“Beşinci element” bitib?

ATV-də yayımlanan "Beşinci element" proqramının bitməsi barədə məlumatlar yayılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna zəmin yaradan isə verilişin aparıcıları Ranar Musayevin və Hüsniyə Məhərrəmovanın AzTV kanalına keçməsi ilə əlaqədardır.

Digər səbəb kimi isə verilişin anonsunun yayımlanmaması göstərilir.

Əldə etdiyimiz məlumata görə, yaradıcı komanda əvvəlcə verilişi əvvəlcə yekunlaşdırmaq istəsə də, sonradan davam etmək qərarına gəlib.

Belə ki, proqram oktyabrın sonlarına yaxın beşinci mövsümü ilə start götürəcək.