Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ (FOTO)


Digərləri 16 Sen 2019 14:11:19 186 0

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ (FOTO)

Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında halqa ilə hərəkətlərdə çıxış ediblər

Bakı. Cani Babayeva - Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatında halqa ilə hərəkətlərdə çıxış ediblər. Trend-in məlumatına görə, Z.Ağamirova 19.000 xal, V.Qudis 16.950 xal yığıb. Sentyabrın 17-də onlar topla hərəkətlərdə çıxış edəcəklər. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.