Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbirində iştirak edib (FOTO)


Digərləri 16 Sen 2019 13:40:00 263 0

Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbirində iştirak edib (FOTO)

Millət vəkili “Bilik günü” münasibəti ilə keçirilmiş bayram tədbirində iştirak edib

Bakı. Xəzər rayonunun Mərdəkan qəsəbəsində 183 nömrəli tam orta məktəbdə “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri keçirilib. Bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, məktəbin müəllimləri şagirdləri və valideynlər iştirak ediblər. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. E.Salahov çıxışında qeyd edib ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Millət vəkili Rauf Əliyev çıxış edərək "Bilik günü" münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayaraq, ötən tədris ilinin də Xəzər rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.