Yeni sədr AzTVnin loqosunu dəyişdi


Digərləri 16 Sen 2019 13:34:00 274 0

Yeni sədr AzTVnin loqosunu dəyişdi

Azərbaycan Dövlət Televizyası loqosunu dəyişdirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə kanalın sosial şəbəkə hesabında məlumat verilib. Yeni loqoda ağ şriftlərlə kanalın adı əks olunub.

TV sözü isə mavi üçbucaqda qeyd olunub.

Qeyd edək ki,  Rövşən Məmmədov AzTV-yə sədr təyin olunandan sonra kanalda bir sıra dəyişikliklər həyata keçirib.