Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində (FOTO)


Digərləri 16 Sen 2019 13:24:00 211 0

Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində (FOTO)

Azərbaycan məhsulları Varşavada keçirilmiş “Food Expo Warsaw-2019” Qida Sərgisində “Made in Azerbaijan” stendində nümayiş olunub.

Bakı. Azərbaycanın qeyri-neft sektoru ixracının artırılması, yeni ixrac bazarlarına çıxış məqsədilə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan istehsalı olan qida məhsulları və spirtli içkilər 12-14 sentyabr tarixlərində Varşavada keçirilmiş “Food Expo Warsaw-2019” Qida Sərgisində “Made in Azerbaijan” stendində nümayiş olunub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, “Food Expo Warsaw” kənd təsərrüfatı və qida məhsulları üzrə Polşada keçirilən ən böyük sərgidir. Hər il olduğu kimi, bu dəfə də sərgidə Polşadan, həmçinin digər Mərkəzi və Şərqi Avropa ölkələrindən iri idxalçılar, tədarükçülər, supermarket şəbəkələri, emal müəssisələri, şirkətlər iştirak ediblər. Sərgidə Azərbaycan istehsalı olan şərablar, meyvə şirələri, çay, kompotlar, mürəbbələr və digər konservləşdirilmiş məhsulların nümayış edildiyi "Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb.