Xalasının ərini yumruqla öldürən “Kürd Vüqar” həbsdə saxlanıldı


Kriminal 16 Sen 2019 13:04:00 306 0

Xalasının ərini yumruqla öldürən “Kürd Vüqar” həbsdə saxlanıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda xalasının ərini yumruqla vurub öldürməkdə təqsirləndirilən, "Kürd Vüqar" ləqəbi ilə tanınan Vüqar Hüseynovun barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, V.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə 2018-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək vəfat edib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.