Lənkəranda 2 nəfərlə əlbir olub dayısını qətlə yetirən şəxs tutuldu


Digərləri 16 Sen 2019 13:01:00 216 0

Lənkəranda 2 nəfərlə əlbir olub dayısını qətlə yetirən şəxs tutuldu

Lənkəranda dayısını qətlə yetirən şəxs tutulub

Bakı. Samir Əli - Sentyabrın 14-də Lənkəran rayonunun Liman şəhərində Eyvaz Yusubovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.