Hərbi Prokurorluğun xidmət rəhbəri təltif edildi


Digərləri 16 Sen 2019 12:41:12 252 0

Hərbi Prokurorluğun xidmət rəhbəri təltif edildi

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təltif edilib.

Bakı. Samir Əli - Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təltif edilib. Trend-in məlumatına görə, F.Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Medal F.Əliyevə təqdim edilib. Bu yüksək təltiflə bağlı Firad Əliyevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.