Kandelaki 1/8 finalda mübarizəni dayandırdı


İdman 16 Sen 2019 12:17:00 212 0

Kandelaki 1/8 finalda mübarizəni dayandırdı

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Beka Kandelaki 1/8 final görüşünə çıxıb.

Goal.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan Kandelaki almaniyalı Eduard Popp ilə üz-üzə gəlib. Görüşün əvvəlində Kandelaki 7:0 hesabı ilə önə çıxsa da, fasiləyədək üstünlüyünü əldən verib və vaxtından əvvəl məğlubiyyətlə üzləşib - 7:17.