Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi


Digərləri 16 Sen 2019 12:16:40 173 0

Azərbaycanda 79 mindən artıq körpə doğulub - Oğlanların sayı yenə üstələdi

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 79 861 körpə doğulub.

Bakı. Elçin Mehdiyev – Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 79 861 körpə doğulub. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.