AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çox olub


Digərləri 16 Sen 2019 12:03:00 392 0

AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çox olub

Azərbaycan Milli Elmlər Akademiyasına tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasına tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Bilik günü" münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, bu ildən ilk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına start verib: "AMEA-nın magistraturasına bu il 22 ixtisas və 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul oldu. Bu da plan yerlərinin 90.2%-nin dolması deməkdir. Hansı ki, bir çox universitetlər bakalavr pilləsinin olmasına baxmayaraq, bu göstəriciyə malik deyillər”. AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə yönəldiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.