Gerye: "Qarabağ istəsə, sübut edə bilərəm, hər şey elektron poçtumda qalır"


İdman 16 Sen 2019 11:10:00 86 0

Gerye: "Qarabağ istəsə, sübut edə bilərəm, hər şey elektron poçtumda qalır"

"Bu gün heç-heçəyə nail ola bilərdik. Qol epizodlarımız da oldu. "Qarabağ" çox yaxşı komandadır. Bəli, uduzduq. Hesab da oyuna görə idi. Amma futbolda belə şeylər olur. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq".

Goal.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Donald Gerye səfərdə keçmiş komandası "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

Haitili cinah oyunçusu digər sualları da cavablandırıb:

- Qol vurmağa can atırdınız. Bu, özünüzü "Qarabağ"a sübut etmək istəyinizdən irəli gəlirdi?

- "Qarabağ"da məni onsuz da tanıyırlar. Özümü heç kimin qarşısında sübut etmək istəmirdim. Sadəcə, öz oyunumu sərgiləməyə və yeni komandama faydalı olmağa çalışırdım.

- "Qarabağ"dan pul məsələsinə görə getmişdiniz?

- Xeyr. Hər şey mənim elektron poçtumda qalır. "Qarabağ"la yeni müqaviləyə dair danışığımız öncədən olmuşdu. Razılaşmaya əsasən, iyulun 5-dək maaşın yarısını verəcəkdilər. Lakin həmin gün hesabımda heç nəyin olmadığını gördüm. Daha sonra iyulun 10-dək köçürəcəklərinə söz verdilər. Onlar mənə pulumu öncədən vermədilər. Dedilər ki, bir oyunda çıxış et, sonra maaşın yarısını verək. Amma mən belə olmasını istəmədim. Bu, mənə sərf etmirdi. Ona görə də razılıq əldə olunmadı. İstəsələr, hər şeyi sübut edə bilərəm.

- "Nəyə görə məhz "Neftçi"yə keçdiniz, başqa variantlarınız olmadı?

- Çox variantım var idi. Karyeramı Fransada və Türkiyənin "Dənizlispor" klubunda davam etdirə bilərdim. Amma mən "Neftçi"ni seçdim. Bu komandanın işə yanaşması daha çox xoşuma gəldi.

- Həmyerliniz Soni Norde "Zirə"yə keçərkən, ona "Ora sənin səviyyən deyil" demişdiniz. "Zirə"ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?

- İcazə verin, bu məsələyə də aydınlıq gətirim. Norde çox yaxın dostumdur. Onunla Haitinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik, uşaqlıqdan dostuq. Biz hər gün danışırıq. O, "Zirə"yə keçməmişdən öncə mənimlə məsləhətləşmişdi. Cavabım isə Azərbaycanda ən yaxşı klubların "Qarabağ" və "Neftçi" olduğunu bildirmişdim. Özü Azərbaycanda "Neftçi", "Zirə" və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə "Belə imkanın varsa, "Neftçi"ni seç" cavabını vermişdim. Mən o sözlə demişdim ki, "Neftçi" variantın varsa, "Zirə" sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Mən Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram.

Norde yüksək səviyyəli oyunçudur. Bunu nəzərə alaraq, onun paylaşımına belə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.

- Düşünmürsünüzmü ki, "Qarabağ"la müqayisədə "Neftçi"də çempion olması çətin görünür?

- Futbolda mümkünsüz bir şey yoxdur. Düzdür, hazırda xal fərqimiz çoxdur. Amma çempionatın çox hissəsi irəlidədir. Döyüşsək və daha çox çalışıb-işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.

(Report)

Bilik günü həyəcanı like
  • 16 Sen 11:09  
Digərləri Bilik günü həyəcanı

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

arrow Ətraflı
"Formula 1"in növbəti yarışı təxirə düşə bilər - SƏBƏB? like
  • 16 Sen 11:06  
Digərləri "Formula 1"in növbəti yarışı təxirə düşə bilər - SƏBƏB?

Sinqapurda "Formula 1" üzrə Qran Pri təxirə düşə bilər.

arrow Ətraflı
"Onu yaxından tanımadığım üçün çox peşmanam" like
  • 16 Sen 10:59  
Digərləri "Onu yaxından tanımadığım üçün çox peşmanam"

Yeni albom hazırlıqlarına başlayan türk müğənnisi Murat Boz həmkarı Se

arrow Ətraflı
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub (FOTO) like
  • 16 Sen 10:58  
Digərləri Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub (FOTO)

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası tə

arrow Ətraflı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ like
  • 16 Sen 10:54  
Digərləri Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyə

arrow Ətraflı
MercedesBenz Abşeron rəsmi dilerdən Payız Kampaniyası like
  • 16 Sen 10:51  
Digərləri MercedesBenz Abşeron rəsmi dilerdən Payız Kampaniyası

Bu ilin payız fəslində Azərbaycanın rəsmi Mercedes-Benz dileri - "Ab

arrow Ətraflı
Məktəb yeməkxanasında zəhərlənmə olub like
  • 16 Sen 10:50  
Digərləri Məktəb yeməkxanasında zəhərlənmə olub

Ukraynada kütləvi zəhərlənmə olub.

arrow Ətraflı
Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq like
  • 16 Sen 10:49  
Siyasət Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaq

Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamr

arrow Ətraflı
Bilik günü həyəcanı (FOTO) like
  • 16 Sen 10:41  
Digərləri Bilik günü həyəcanı (FOTO)

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

arrow Ətraflı
Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb like
  • 16 Sen 10:40  
Digərləri Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenant

arrow Ətraflı
56 yaşlı müğənni soyundu like
  • 16 Sen 10:39  
Digərləri 56 yaşlı müğənni soyundu

56 yaşlı türkiyəli müğənni sosial şəbəkə paylaşımı ilə gündəmə

arrow Ətraflı
Beş ildir bu anı gözləyirdilər like
  • 16 Sen 10:34  
Şou-biznes Beş ildir bu anı gözləyirdilər

Azərbaycanlı şairə Leyli Erol və türkiyəli bəstəkar Hakan Erol beş ill

arrow Ətraflı