Bilik günü həyəcanı (FOTO)


Digərləri 16 Sen 2019 10:41:00 256 0

Bilik günü həyəcanı (FOTO)

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Bakı. Zaur Mustafayev - Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. Trend-in məlumatına görə, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin I sinfində 164 234 şagirdin təhsil alacağı proqnozlaşdırılır.