İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb


Digərləri 16 Sen 2019 10:34:00 236 0

İsmayıllıda ayının hücumuna məruz qalan 69 yaşlı kişi evə buraxılıb

İsmayıllı rayonunda ayının hücumuna məruz qalan şəxsin səhhəti normaldır.

Bakı. Samir Əli - İsmayıllı rayonunda ayının hücumuna məruz qalan şəxsin səhhəti normaldır. Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, hadisədən dərhal sonra yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: "Yaralı sakin dərhal peyvənd olunub, ona tibbi yardım göstərilib. Hadisə meşənin içərisində olan Xanagah kəndində baş verib. Ayı hücum edərək kənd sakinini yaralayıb". R.Ağayev bildirib ki, yaralı sakinin vəziyyəti hazırda normaldır və o, xəstəxanadan evə buraxılıb.