Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır


Digərləri 16 Sen 2019 10:26:00 221 0

Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır

İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib.

Bakı. Elnur Bağışov - İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib. Trend-in məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri deyib. K.Əmirinin sözlərinə görə, statistikaya əsasən cari ildə bu qızdırma nəticəsində 10 nəfər həlak olub.