BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi


Digərləri 16 Sen 2019 09:57:03 272 0

BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi

Bakı Nəqliyyat Agentliyi yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Agentlikdən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək". Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür. Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.