Cazibədar modeldən İNTİM HƏYATI ilə bağlı


Şou-biznes 16 Sen 2019 09:35:00 321 0

Cazibədar modeldən İNTİM HƏYATI ilə bağlı

Bir neçə gün öncə ABŞ-ın məşhur "Playboy" jurnalına verdiyi cəsur pozlarla olay olan Kylie Jenner intim həyatına aid gözlənilməz açıqlamalar edib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən gənc milyarderi "ünvanı"na sahib olan məşhur model Kylie Jenner "Playboy"a "Zövq" mövzulu buraxılışı üçün kamera önünə keçib.

Verdiyi açıq-saçıq pozlarıyla adından söz etdirən Jenner özəl həyatına aid açıqlamaları ilə də böyük marağa səbəb olub.

Məşhur reper Travis Scott ilə 2017-ci ildən bəri evli olan Jenner eşq həyatlarının, qızları Stormi dünyaya gəldikdən sonra daha yaxşı olduğunu qeyd edib.

Jenner əri Travis Scotta jurnal vasitəsi ilə "Sən mənə analıq və intim həyatın birlikdə mümkün olduğunu göstərdin" etirafını edib.

(adsgarden = window.adsgarden || []).push({});