"Nissan"ın başçısı istefa verdi


Digərləri 16 Sen 2019 09:30:53 195 0

"Nissan"ın başçısı istefa verdi

Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib.

Bakı. Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib. Trend-in məlumatına görə, onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək. Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır. "Nissan"ın yeni müvəqqəti başçısının üzərinə avtomobil bazarında rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi ağır iş düşür.