Rusiyada avtobus qəzası:


Dünya 16 Sen 2019 09:11:00 225 0

Rusiyada avtobus qəzası:

Rusiyanın Suxobuzimsk rayonunda (Kresnoyars diyarı) sərnişin avtobusu dərəyə aşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edilir ki, qəza ilə bağlı araşdırma aparırlar.