Kolumbiyada təyyarə qəzaya uğrayıb,


Dünya 16 Sen 2019 09:16:00 231 0

Kolumbiyada təyyarə qəzaya uğrayıb,

Kolumbiyanın qərbində təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident Popayan şəhərində (Kauka departamentinin paytaxtı) baş verib.

Məlumata əsasən, Lopes-de-Mikay bələdiyyəsi istiqamətində uçan ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.