Mi9 Lite smartfonunun təqdimatı Xiaomi şirkəti tərəfindən təsdiqlənib


Digərləri 16 Sen 2019 08:31:00 258 0

Mi9 Lite smartfonunun təqdimatı Xiaomi şirkəti tərəfindən təsdiqlənib

Hələ təqdim edilməmiş Xiaomi Mi9 Lite smartfon modelinin texniki göstəriciləri barəsində məlumatların ortaya çıxmasından sonra smartfonun təqdimat tarixi də məlum oldu. Belə ki, internetdə sözügedən smartfonun yaxın zamanda satışa çıxmasını təsdiqləyən tizer fotosu ortaya çıxıb. Bu barədə Gizchina saytı xəbər verib. Yeni smartfonun təqdimat tarixi məlumatını özündə əks etdirən tizer fotosunu Xiaomi şirkətinin İspaniya şöbəsi təqdim edib.

Son.az technote.az-a istinadən bildirir ki, Tizer fotosuna əsasən smartfon 16 sentyabr tarixində təqdim olunacaq. Smartfonun arxa və ön kamerasından başqa bu foto digər bir texniki göstərici məlumatını əks etdirmir. Beləliklə smartfon 48 MP-lik üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Məlumata əsasən bu smartfon Çində satışda olan CC9 modelinin qlobal versiyası olacaq.

Qeyd etmək lazımdır ki, Xiaomi CC9 modeli Snapdragon 710 prosessoru vasitəsilə çalışır. Son məlumat sızıntılarına əsasən Mi9 Lite modeli 6.39 düym AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, 6 GB RAM və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun Avropa bazarında hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

(adsgarden = window.adsgarden || []).push({});